Gundemxeber.az » Dünya » BMT Qabonla əməkdaşlığın bərpa şərtini açıqladı
BMT konstitusiya idarəçiliyinə qayıdış üçün yol xəritəsinin qəbulundan və yeni hökumətin yaradılmasından sonra Qabonla əməkdaşlıq məsələsinə qayıtmağa hazırdır.
Bu barədə BMT-nın Baş Katibinin Mərkəzi Afrika üzrə xüsusi nümayəndəsi, BMT-nin region ölkələri üzrə nümayəndəliyin rəhbəri Abdu Abarri Librevildə keçid dövrü üzrə prezident, briqada generalı Bris Oliqi Ngema ilə görüşdən sonra məlumat verib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Abu Abbari BMT-nin digər beynəlxalq təşkilatlar kimi hakimiyyətin konstitusiyaya zidd olaraq dəyişdirilməsini pislədiyini bildirib.
“Biz keçid dövrünün dövlət başçısının öz andiçmə mərasimində bəyan etdiyi bütün mərhələlərdən keçərək normal konstitusiya idarəçiliyinə qayıtmağa, konstitusiyaya, seçki qanununa yenidən baxılmasına və yeni səlahiyyətli hakimiyyət institutlarının formalaşmasına çağırırıq. Bütün bunlar Qabonun yeni start götürməsinə imkan verəcək”, - deyə o, əlavə edib.
BMT baş katibinin xüsusi nümayəndəsi Qabonun devrilmiş prezidenti Əli ben Bonqo Ondimba ilə də görüşüb. Onun sözlərinə görə, eks-prezident Qabonda sülhün və cəmiyyətin birliyinin qorunmasını dəstəkləyib.
Gundemxeber.az
20-10-2013, 23:36
7-04-2016, 20:33
13-10-2016, 23:01
6-10-2013, 01:11
3-01-2019, 18:10
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?