BMT Baş Assambleyası qurumun yaxın 3 il üçün xərclərini bölüşdürüb.
Virtualaz.org BMT-nin xəbərlər xidmətinə istinadən bildirir ki, təşkilatın üzvü olan ölkələrin onun büdcəsinə ödənişlərin yeni cədvəli hazırlanıb.
Qəbul olunmuş qərara əsasən, ABŞ əvvəlkitək mümkün olan maksimum həcmdə ödəniş edəcək – BMT-nin bütün xərclərinin 22%-i bu ölkənin payına düşür. Uzun onilliklərdən sonra ilk dəfə Çin Yaponiyanı qabaqlayıb və BMT-nin müntəzəm büdcəsinə ən iri ödəyicilər arasında ikinci yerə yüksəlib. Pekin BMT-nin büdcəsinin 12%-ni təmin etməlidir.
Qeyd edək ki, BMT üzvü olan hər bir ölkə qurumun xərclərinin bir hissəsini ödəməyə borcludur. Burada maksimum ödəniş büdcənin 22%-i, minimum isə 0,01%-dir.
Ən iri sponsorların arasında Yaponiya (8,564%), Almaniya (7%) və Fransa (4,427%) da var.
Rusiya 2,405%-lik payla səkkizincidir.
Keçmiş SSRİ respublikaları arasında ən böyük yük Qazaxıstanın üzərinə düşür - 0,187%, digər postsovet ölkələri isə 0,1%-dən az ödəniş edirlər.
Azərbaycan BMT-nin illik büdcəsinin 0,049%-ni təmin edəcək. Gürcüstanın payına 0,008%, Ermənistanın payına isə 0,007% düşür. Beləliklə, Gürcüstan və Ermənistan BMT-nin ən kasıb ölkələrinin sırasında yer alıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?