Gundemxeber.az » Dünya » Myanmada Nobel mükafatı laureatı yenidən həbsxanaya göndərilib
Myanmanın keçmiş baş naziri, Nobel sülh mükafatı laureatı, 78 yaşlı Aun San Su Çji yenidən həbs edilib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, onun səhhəti pisləşib. Eks-baş nazirin həkimə getməsinə icazə verilməyib.
Xatırladaq ki, avqustun 1-də Myanmanın Dövlət İnzibati Şurasının ölkənin keçmiş dövlət müşaviri Aun San Su Çjini əfv etdiyi barədə məlumat yayılıb. O, 2022-ci ilin sentyabrında Myanma Hərbi Məhkəməsi tərəfindən seçki saxtakarlığı ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edib.
Myanmanın demokratik rəhbərliyi 2021-ci il fevralın 1-də hərbi çevrilişlə devrilib. Hərbçilərin iddia etdiyi kimi, buna səbəb 2020-ci ilin noyabrında keçirilən seçkilərdə iddia edilən irimiqyaslı saxtakarlıq olub.
Gundemxeber.az
12-02-2021, 10:05
27-04-2022, 17:55
3-03-2023, 14:13
10-12-2013, 23:04
19-11-2017, 22:05
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?