Kiyevdə sakinlər avtomobillərlə “Berkut” xüsusi təyinatlıların yerləşdiyi bazanın ətrafını bağlayaraq aksiyanı davam etdirir. Məqsəd Berkutu və hərbçiləri “Meydan”a, etiraz aksiyasını dağıtmağa buraxmamaqdır.
"Biz Vasilkova ərazisində Aviasiya kollecinin hərbi hissənin mühasirədə saxlayırıq. Canlı sədd çəkmişik . Məhz burada 33 avtobusdakı xüsusi təyinatlının “Meydan”a getməsinə imkan vermirik ”- deyə yerli sakinlərin biri məlumat verib.
Sakinlərin sözlərinə görə, hərbi qarnizonun rəisi, general-mayor Arkadi Vaşutin ilə danışıqlar başa çatdırılıb. Vaşutin aksiyaçılara qarşı güc tətbiq etməməyə və etiraz aksiyasını qorumağa söz verib.
O, həmçinin qarnizon rəhbərliyinin də təxribat törədilməsinin əleyhinə olduğunu vurğulayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?