“Türk axını” və “Mavi axın” qaz kəmərlərinin partladılmasına cəhd edilib.
Gundemxeber.az xarici mediaua istinadla bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
O, partlayışı kimin həyata keçirməyə cəhd etdiyini açıqlamayıb.
“Rusiyada Qara dənizdə “Türk axını” və “Mavi axın” qaz kəmərlərini partlatmaq cəhdlərini göstərən məlumatlar var”, - deyə Lavrov bildirib
XİN rəhbəri partlayışa cəhddə kimin məsuliyyət daşıdığını açıqlamayıb, lakin qeyd edib ki, Ukrayna enerji obyektlərini qoruyan mülki və hərbi gəmilərə hücum etmək üçün regiondakı humanitar dəhlizlərdən istifadə edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?