Slovakiya Rusiyanın Bratislavadakı səfirliyinin bir əməkdaşını ölkədən çıxarıb.
Gundemxeber.az xarici mediaya istinadən bildirirki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub.
“Slovakiya Respublikası 14 sentyabr 2023-cü il tarixində Rusiya Federasiyasının Slovakiya Respublikasındakı səfirliyinin əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib”, - deyə mətndə bildirilib.
Rusiyanın Slovakiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirliyin məlumatına görə, səfirin diqqəti diplomatik nümayəndənin öz fəaliyyətini diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq həyata keçirməsinin zəruriliyinə yönəldildilib.
Slovakiya Xarici İşlər Nazirliyi qeyd edib ki, səfirliyin əməkdaşı 48 saat ərzində ölkəni tərk etməlidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?