Gundemxeber.az » Dünya » Kreml təsdiqlədi: Putin silahlı qiyamdan sonra Priqojinlə görüşüb - YENİLƏNİB
Kreml sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Kremldə Yevgeni Priqojin və “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) komandirləri ilə görüş keçirdiyini təsdiqləyib.
Onun sözlərinə görə, iyunun 29-da baş tutan və təxminən üç saat davam edən görüşdə prezident şirkətin Ukrayna cəbhəsində gördüyü işlərə, həmçinin 24 iyun hadisələrinə qiymət verib.
“Putin komandirlərin izahatlarını dinləyib, onlara işlə təmin olunmaq və gələcək döyüşlərdə istifadə üçün əlavə seçimlər təklif edib. Komandirlər baş verənlərlə bağlı öz versiyalarını açıqlayıblar, dövlət başçısının sadiq tərəfdarları, əsgərləri olduqlarını vurğulayıblar, bundan sonra da vətən uğrunda döyüşməyə hazır olduqlarını bildiriblər. Bu görüş haqqında deyə biləcəyimiz yalnız budur”, - deyə Peskov bildirib.
Kreml sözçüsü görüşdə 35 nəfərin iştirak etdiyini vurğulayıb.
10:20
Rusiya Prezidenti Vladimir Putin “Vaqner” özəl hərbi şirkətin (ÖHŞ) rəhbəri Yevgeni Priqojinlə görüşüb.
Bu barədə Fransanın “Liberation” qəzeti Qərb kəşfiyyatının məlumatlarına istinadən xəbər verib.
Bildirilir ki, iclasda hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Qeyd olunur ki, Priqojin iyulun 1-də Kremlə çağırılıb. Söhbətdə Rusiya Prezidenti Vladimir Putindən başqa, Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotov, həmçinin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də iştirak ediblər.
Prezidentlə “Vaqner” təsisçisi arasında konkret nə müzakirə edildiyi məlum deyil.
Xatırladaq ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin iyunun 24-nə keçən gecə silahlı qiyama başlayıb. O, Rusiya Müdafiə Nazirliyini onun döyüşçülərinə zərbə endirməkdə ittiham edib. Ertəsi gün səhər Priqojin Rostovdakı və Voronejdəki hərbi obyektlərə nəzarəti və ÖHŞ döyüşçülərinin Moskvaya getmək niyyətini açıqlayıb. Amma axşam saatlarında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra bu planlarından əl çəkib. Bildirilib ki, danışıqlar zamanı ÖHŞ döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə razılıq əldə edilib. Kremldən onların məsuliyyətə cəlb edilməyəcəyi, Priqojinə qarşı silahlı qiyamın təşkili ilə bağlı (Cinayət Məcəlləsinin 279-cu maddəsi) cinayət işinə xitam veriləcəyi və onun Belarusa gedə biləcəyi vədi verilib.
Gundemxeber.az
11-07-2023, 11:55
27-10-2017, 12:08
27-11-2020, 16:53
7-07-2021, 15:01
3-09-2018, 11:13
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?