Gundemxeber.az » Dünya » Qriqori Lukyanov: “Fransa Cənubi Qafqazda heç bir əsas rol oynamayacaq”
“Türkiyə ötən əsrin 90-cı illərinin ikinci yarısından Afrika istiqamətində fəallığını artırıb. Ədalət və İnkişaf Partiyası (AK Parti) və Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə olduğu dövrdə türk biznesi Afrika istiqamətində aktiv fəaliyyət göstərir, burada Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi kimi “yumşaq güc”ün elementləri də mövcuddur”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Ərəb və İslam Araşdırmaları Mərkəzinin elmi işçisi, “Ali İqtisadiyyat Məktəbi”nin Milli Araşdırmalar Universitetinin Dünya İqtisadiyyatı və Dünya Siyasəti fakültəsinin baş müəllimi Qriqori Lukyanov deyib.
Ekspert bildirib ki, Türkiyə Afrika dövlətləri ilə təhlükəsizlik sahəsində də əməkdaşlığı inkişaf etdirir.
“Doğrudur, müəyyən iqtisadi çətinliklər Ankaraya Afrika qitəsindəki ambisiyalarını tam reallaşdırmağa mane olur. Prioritetlər baxımından Afrika təbii ki, Türkiyə üçün əhəmiyyətlidir”.
Fransanın isə bu bölgədəki nüfuz dairəsinə toxunan Qriqori Lukyanov hesab edir ki, Fransa Afrikada içi boş müqəvvanı xatırladır və bu müqəvvanı yıxmaq olduqca asandır:
“Gəlin yada salaq ki, Fransa böyük dövlət statusunu İkinci Dünya Müharibəsindən sonra qazandığı hansısa uğurlara görə deyil, bu müharibədə qalib gələn digər dövlətlərin qərarı nəticəsində qazandı. İndiki şəraitdə mənə elə gəlir ki, Parisin özündən başqa heç kim artıq Fransanı böyük dövlət hesab etmir. Buraya NATO bloku və Parisin Avropa İttifaqındakı formal müttəfiqləri, həmçinin digər güc mərkəzləri də daxildir”.
Q.Lukyanov Fransanın Cənubi Qafqazdakı siyasətini də şərh edib:
“Əlbəttə, mən Parisin Afrika və Cənubi Qafqazdakı siyasətini müqayisə etməzdim. Fransa Cənubi Qafqazda heç vaxt güclü mövqeyə sahib olmayıb. Hətta onun münaqişənin həllində iştirakına baxmayaraq. Bu iştirak hər zaman fakültətiv, ikinci dərəcəli, ritual xarakter daşıyıb və əhəmiyyətsiz olub. Fransa Cənubi Qafqazda heç bir əsas rola malik olmayıb və olmayacaq da. Onun bunun üçün imkanları da yoxdur”.
Ekspertin fikrincə, Fransa dövləti yalnız bu və ya digər oyunçulara qoşularaq intriqaları dağıdan spoyler rolunu oynaya bilər.
“Amma Afrika mövzusuna qayıdaraq deyim ki, Paris gücünü itirsə də, orada hələ də nüfuzlu oyunçu olaraq qalır”, - deyə Q.Lukyanov fikrini tamamlayıb.
GUNDEMXEBER.AZ
3-06-2016, 01:06
16-10-2019, 14:23
9-12-2013, 00:55
26-06-2013, 13:53
27-03-2023, 22:09
Sorğu
Yeni dizaynımız necədir?