Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Bundestaqının “erməni soyqırımı”nı tanıyan qətnaməni qəbul etməsinə hazırda səfərdə olduğu Afrika qitəsindən reaksiya verib.
Ərdoğan Keniyada bu ölkə prezidenti ilə keçirdiyi brifinqdə səsvermənin nəticələrinin açıqlanmasından sonra baş nazir Bineli Yıldırımla telefon əlaqəsi saxladığını deyib. “Ortaq qənaətimiz belə oldu ki, səfirimizi məsləhətləşmələr üçün Ankaraya geri çağıraq. Almaniya parlamentinin qərarı ikitərəfli münasibətlərə ciddi təsir edəcək. Qayıdandan sonra bunları dəyərləndirəcəyik və cavab addımlarımızı müəyyən edəcəyik. Atmalı olduğumuz addımlar atılacaq, Almaniya parlamentində qəbul edilən mətn dəyərləndirləcək, ondan sonra ortaq qərar veriləcək”-Ərdoğan deyib
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?