Gundemxeber.az » Dünya » Kanada siqh liderinin ölkə ərazisində öldürülməsində Hindistandan şübhələnir
Kanadanın baş naziri Castin Trüdo Hindistan hökumətini siqh separatçılarının lideri Hardip Sinq Nicarın qətlinin təşkilində iştirakda şübhəli bilib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, o, iyun ayında Kanadanın Britaniya Kolumbiyası əyalətindəki məbədin yaxınlığında güllələnərək öldürülüb.
Trüdo bildirib ki, G20 sammiti zamanı Hindistanın baş naziri Narendra Modi ilə görüşündə siqh liderinin öldürülməsi məsələsini qaldırıb.
Kanada parlamentinin iclası zamanı Trüdo “Kanada ərazisində bir Kanada vətəndaşının qətlində xarici hökumətin hər hansı bir iştirakı suverenliyimizin qəbuledilməz pozulmasıdır”, - deyə vurğulayıb.
“Bu, azad, açıq və demokratik cəmiyyətləri idarə edən əsas qaydalara ziddir”, - deyə baş nazir əlavə edib.
Gundemxeber.az
7-07-2017, 18:57
22-10-2014, 22:08
7-08-2018, 11:29
21-05-2021, 10:11
24-04-2018, 16:42
Sorğu
Yeni dizaynımız necədir?