Bakı iki dəfə danışmağa dəvət etdi, amma qəbul etmədilər. Humanitar yardım təklif etdi, onu da qəbul etmədilər. Ən yaxşı şərtlərlə inteqrasiya təklif etdi, lakin yenə də qəbul etmədilər.
Bunu erməni bloger İşxan Verdyan Teleqram kanalında yazıb. “Onlar bombaları qəbul edəcəklər. Daşnaklar ancaq bombanın dilini başa düşürlər. Bəli, əslində, ancaq bomba dilində də danışırlar”, - o bildirib. Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. //trend//
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?