Hakim məhkəmənin istintaq müddətinə Rəşadət Axundovun həbs edilməsi haqqında qərarı qüvvədə saxlayıb
Çərşənbə günü Nəsimi rayon məhkəməsi Elnur Əhmədovun sədrliyi ilə həbs edilmiş NİDA üzvü Rəşadət Axundovun qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında şikayətini təmin etməyib. Vəkil Namiq Hacıyevin Turan-a verdiyi məlumata görə, hakim məhkəmənin istintaq müddətinə fəalın həbs edilməsi haqqında qərarı qüvvədə saxlayıb. Məhkəməyə gətirilmiş Rəşadət Axundov qeyd edib ki, onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur, həbs isə siyasi motiv daşıyır. Axundov NİDA gənclər hərəkatının uydurma partlayıcı maddələrdən istifadə ilə iğtişaş təşkil etmək və narkotik saxlamaq ittihamı ilə həbs edilmiş 7 üzvündən biridir. Onlar martın 10-da Bakının mərkəzində gənclərin əsgər ölümlərinə qarşı etiraz aksiyasından əvvəl və sonra həbs ediliblər. Amnesty İnternational onları vicdan məhbusu olaraq tanıyıb və dərhal azad edilmələrini tələb edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?