Gundemxeber.az » Dünya » Ermənipərəst senator Bob Menendesə qarşı rəsmi ittiham irəli sürüldü - YENİLƏNİB
Nyu-Yorkun Cənub Dairəsinin prokurorluğu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendesə qarşı korrupsiya ittihamı irəli sürüb.
Prokurorluğun məlumatına görə, Menendez və arvadı “üç Nyu Cersili iş adamı ilə korrupsiya münasibətlərində olublar” və “yüz minlərlə dollar rüşvət” alıblar. Senator rüşvət kimi nağd pul, qızıl külçələr, lüks avtomobillər və digər qiymətli əşyaları qəbul edib.
Menendezin həssas hökumət məlumatlarını Misirə təqdim etdiyi və bu ölkənin xeyrinə ABŞ kənd təsərrüfatı nazirliyi rəsmilərinə təzyiq etdiyi bildirilir.
18:00
Qatı ermənipərəst mövqeyi ilə seçilən ABŞ senatoru Bob Menendesə qarşı bu gün rəsmi korrupsiya ittihamı irəli sürüləcək.
Bununla bağlı ABŞ prokurorunun “X” hesabında bildiriş qeyd olunub.
Məlumata görə, axtarışlar zamanı ondan və erməniəsilli həyat yoldaşından 500 min dollardan çox pul, qızıl külçələr, lüks avtomobillər və mebel götürülüb.
İddianamədə ABŞ senatorunun Misirə “gizli hökumət məlumatları” təqdim etməsi və başqa yollarla kömək göstərməsi bildirilir.
GUNDEMXEBER.AZ
1-02-2018, 18:17
13-04-2014, 13:10
14-07-2018, 13:21
22-09-2023, 13:38
29-04-2016, 17:29
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?