Pakistanın Xüsusi Məhkəməsi dövlət sirrini yaymaqda təqsirləndirilən şəxslərin - müxalifət partiyası “Təhrik-i İnsaf”ın (“Ədalət Uğrunda Hərəkat”) lideri, keçmiş hökumət başçısı İmran Xanın və partiyanın sədr müavini, keçmiş xarici işlər naziri Şah Mehmud Qureşin həbs müddətlərini oktyabrın 10-dək uzadıb.
GundemXeber.Az xarici mediaya istinadla bildirir ki, təhlükəsizlik məqsədilə məhkəmə iclasları paytaxtın “Attok” həbsxanasında keçirilir. Orada İmran Xan da dələduzluğa görə 3 illik cəza çəkməlidir, lakin məhkəmə əvvəllər hökmün icrasını dayandırıb, ona görə də keçmiş baş nazir yalnız dövlət sirrini açıqlamaq ittihamı ilə həbsdə qalır.
Federal Təhqiqat Agentliyi iddia edib ki, Xan və Qureşi Xarici İşlər Nazirliyinin diplomatik kodundan siyasi məqsədlər üçün istifadə ediblər və məxfi sənədin məzmununu milli təhlükəsizlik maraqları hesabına şəxsi mənfəət üçün icazəsiz şəxslərə açıqlayıblar
Qeyd edək ki, təhqiqat 2022-ci il martın 27-də Xanın Pakistanın Vaşinqtondakı səfirindən şifrli teleqram aldığını açıq elan etdikdən sonra başlayıb.
Sorğu
Yeni dizaynımız necədir?