Pakistanın baş naziri İmran Xan Pakistan haqda dediklərinə görə ABŞ prezidenti Donald Trampı kəskin tənqid edib. O deyib ki, Vaşqinton Əfqanıstandakı uğursuzluqlarına görə İslamadı “günah keçisi” hesab edir.
Prezident Fox News kanalına müsahibəsi zamanı Pakistana yüz milyon dollarlıq hərbi yardımlara baxmayaraq o ölkəni “bizim üçün qara qəpiklik iş görməməkdə” gühanlandırıb.
Xan noyabrın 19-da yazdığı tvitdə qeyd edir ki, Pakistan bu aktlarda iştirak etməsə də 11 sentyabr 2001-ci il terror hücumlarından bəri “ABŞ-ın terrora qarşı müharibəsində” 74 min nəfər itki verib və 123 milyard dollar itirib.
O həmçinin yazıb ki, ABŞ-ın Pakistana 20 milyard dollarlıq yardımını bu itkilərin yanında “cüzi” adlandırmaq olar.
Tramp bu il Pakistana hərbi yardımdan 800 milyon dollar kəsib. ABŞ prezidenti Pakistanı öz ərazisindəki əfqan Talibanı və Həqqani şəbəkəsinin kökünün kəsilməsi üçün kifayət qədər iş görməməkdə ittiham edib.
Tramp administrasiyası bildirir ki, Pakistana təhlükəsizlik yardımının başqa formaları da dondurula və bu yardım ümumilikdə 1, 3 milyard dollar ixtisar edilə bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?