“Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk edən ermənilər heç bir halda İrəvanda yerləşdirilməməlidir”.
GundemXeber.Az-ın xarici mediaya istinadla məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz komandasının üzvlərinə xəbərdarlıq edib.
Onun sözlərinə görə, əks halda onlar Ermənistan hakimiyyəti üçün “saatlı bomba”ya çevrilə bilər.
“Ermənistan hakimiyyəti hesab edir ki, Rusiya sülhməramlıları 20 minə yaxın erməninin Qarabağda qalmasını təmin etməyə çalışacaqlar”, - deyə Ermənistanda dərc edilən nəşrdə iddia edilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?