Gundemxeber.az » Dünya » Dünya Bankı: Asiya yarım əsr ərzində ən pis iqtisadi mənzərə ilə qarşılaşacaq
İnkişaf etməkdə olan Şərqi Asiya ölkələrinin iqtisadiyyatında artım tempi ABŞ-nin proteksionist tədbirləri və dövlət borcunun səviyyəsinin artması səbəbindən 1960-cı illərin sonundan bəri ən aşağı səviyyəyə düşəcək.
Dünya Bankı bu qənaətə gəlib.
Apreldə Dünya Bankı Çin iqtisadiyyatının 4,8% artacağını gözləyirdisə, indi proqnoz 4,4%-ə enib. Şərqi Asiya və Sakit Okean regionunda (Çin daxil olmaqla) inkişaf etməkdə olan ölkələr üçün ÜDM artımı apreldəki 4,8%-dən 4,5%-ə enib.
Dünyanın iqtisadi inkişafının əsas mühərriklərindən biri olan regionun koronavirus pandemiyası, Asiya maliyyə böhranı və ya 1970-ci illərin qlobal neft şoku kimi fövqəladə hadisələri istisna etməklə, yarım əsrdə ən pis artım tempini nümayiş etdirəcəyi proqnozlaşdırılır.
GUNDEMXEBER.AZ
22-11-2016, 19:55
9-01-2020, 14:37
9-06-2016, 00:18
21-02-2020, 12:14
5-06-2017, 16:01
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?