2016-cı ildə Azərbaycanda 3% resessiya gözləyirik, deyə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer Buxarestdən videokonfransda bildirib. “Gündəm Xəbər” Turan-a istinadən bildirir ki, DB sonrakı iki ildə 3% iqtisadi artım gözləyir. «Buna görə 3 ildə Azərbaycan iqtisadiyyatında artım sıfır olacaq”, deyə o bildirib. Hans Timmer bəyan edib ki, bu il Azərbaycanda 2 rəqəmli inflyasiya olacaq, sonrakı iki ildə stabilləşmə baş verəcək. «İndi qiymətlərin balanslaşması gedir və inflyasiya idxal qiymətinin kəskin artımı ilə bağlıdır», deyə o bildirib. Timmer deyib ki, Azərbaycanda maliyyə sektorunda sabitlik yaradılmalıdır. «Neftin ucuzlaşması bank sektoruna da mənfi təsir etdi. Banklar yenidən strukturlaşdırılmalıdır. Problemli kreditlər artıb. Orta və uzun müddət üçün tədbirlər görülməlidir», deyə o bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?