Sarkis Qalstyan müvəqqəti olaraq Azərbaycanın bələdiyyə orqanı kimi fəaliyyət göstərən Xankəndinin komendantı təyin edilib. Bu barədə Ermənistanın “Aravot” nəşri yazır.
Mətbuatın yazdığına görə, o, əvvəllər Şuşadakı “Avan Plaza” otelinin ("Qarabağ" oteli) direktoru, 90-cı illərdə isə ictimai diplomatiyanı təbliğ edən və Bakıya tez-tez gələn fəal olub. O da məlumdur ki, Qalstyan “Ardarutyun” (qondarma "DQR"-də) fraksiyasının deputatı David Qalstyanın əmisi oğludur.
Nəşr xatırladır ki, 44 günlük müharibədən sonra internetdə “Avan Plaza”nın əməkdaşının azərbaycanlı olduğunu, lakin 13 ildir Qarabağda yaşadığını bildirən videolar yayılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?