Gürcüstan həbsxanalarında 100 Azərbaycan vətəndaşı saxlanılır.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin cari ilin avqust ayı üzrə hesabatında bildirilib. Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 13-ü qadın, 87-si isə kişidir.
Həbsdə olan Azərbaycan vətəndaşlarından biri həddi buluğa çatmayan oğlandır. Məlumata görə, həbsdə olan Azərbaycan vətəndaşlarından 17-nə qarşı ittiham irəli sürülüb, 83-ü barəsində isə hökm oxunub.
Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 49 nəfər təşkil edib. Onlardan 22-si Tbilisidə, 12-si Kvemo-Kartlidə (Borçalı), 3-ü Kaxeti, 11-i isə Acarıstan-Quriya, biri isə Sameqrelo-Zemo Svaneti bölgəsindədir.
Gürcüstan həbsxanalarında hazırda 41 İran, 31 Ermənistan, 120 Rusiya, 213 Türkiyə və 47 Ukrayna vətəndaşı olmaqla ümumilikdə 761 əcnəbi saxlanılır./APA/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?