Gundemxeber.az » Dünya » MİT-dən əməliyyat: İstanbul terrorunun təşkilatçılarından biri məhv edildi
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) keçən il İstanbulda altı nəfərin ölümü ilə nəticələnən terror aktını planlaşdıranlardan birini - “Mazlum Afrin” kod adlı terrorçunu zərərsizləşdirib.
GUNDEMXEBER,.AZ bidirir ki, bu barədə təhlükəsizlik mənbələrindən xəbər verilib.
Bildirilir ki, PKK/KCK üzvü Nabo Kele Hayri Suriyanın Əl-Həsəkə şəhərində MİT-in xüsusi əməliyyatı zamanı məhv edilib.
Məlumata görə, o, 2022-ci ilin may ayında Türkiyəyə qarşı fəaliyyətlər üçün PKK/KCK-PYD/YPG tərəfindən yaradılmış 14 nəfərlik “kəşfiyyat strukturunun” üzvü olub. Terrorçu dəfələrlə Suriyada Türkiyə təhlükəsizlik birliklərinə və Suriya Milli Ordusuna qarşı hücumlar, təxribatlar planlaşdırıb. “Mazlum Afrin”in, həmçinin 2021-ci ilin may ayında “Barış Pınarı” Əməliyyat Bölgəsində bombalı hücumu planlaşdıranlardan biri olduğu müəyyən edilib.
GUNDEMXEBER,.AZ
15-10-2019, 11:06
10-11-2021, 16:51
24-01-2018, 22:06
14-02-2018, 20:32
8-01-2015, 23:26
Sorğu
Yeni dizaynımız necədir?