Gundemxeber.az » Dünya » Putinin daha bir erməni milyarderi QAŞINIR... - Vardanyanın yanında YERİMİZ ÇOXDUR...
Rusiyada fəaliyyət göstərən “Taşir” şirkətlər qrupunun rəhbəri, 2021-ci ildən Azərbaycan dövləti tərəfindən beynəlxalq axtarışa verilmiş erməni milyarder Samvel Karapetyan Qarabağdan köçmüş hayklara müraciət edərək öz dəstəyini bildirib.
GUNDEMXEBER.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda News.am məlumat yayıb.
“Biz həmişə artsax xalqının, öz torpağına, vətəninə, öz köklərinə səmimi bağlı olan insanların yaxını olmuşuq. Artsax güclü və sadiq artsaxlılər olduğu müddətcə mövcuddur, ona görə də ehtiyac olduğu müddətcə biz hərtərəfli dəstəyi göstərməyə davam edəcəyik. Gələcəkdə biz öz dəstəyimizi artıracağıq və soydaşlarımıza yaxın olacağıq” ”, - Karapetyan bildirib.
Karapetyan həmçinin əlavə edib ki, o, separatçı-terrorçu rejimin sonuncu rəhbəri Samvel Şahramanyanın artıq Ermənistan ərazisində olmasından da xəbərdardır və “artsax xalqının rifahı naminə bütün cari məsələləri dəstəkləməyə hazırdır”.
Qeyd edilir ki, bundan əvvəl “Taşir” Qarabağdan Lori bölgəsindəki Taşir şəhərinə köçmüş haykların mənzil, yemək, dolanışıq vasitələri, o cümlədən viş yerləri ilə təmin olunacağını açıqlamışdı.
Zəruri arayış və şərh:
Məşhur “Forbes” nəşrinin 2021-ci ildə açıqladığı hesabata görə Samvel Karapetyan 4,1 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamları sıralamasında 568-ci, Rusiyanın ən varlı adamlarının siyahısında isə 29-cu sırda yer alıb. 2023-cü ilin məlumatına görə, S.Karapetyan hazırda 3,2 milyardlıq sərvətə malikdir.
Samvel Karapetyan - 18 avqust 1965-ci ildə Ermənistanın SSR-nin Kalinino (Taşir) rayonunda anadan olub. 1992-ci ildə Rusiyaya köçüb. 1997-ci ildə Kaluqa şəhərində istehsal, inşaat, enerji, tədarük və satış şirkətlərini özündə birləşdirən “Taşir” şirkətlər qrupunu yaradıb. 2000-ci ildə “Taşir” Xeyriyyə Fondunu qurub.
Samvel Karapetyan hazırda tərkibində ticarət mərkəzləri, otellər, yaşayış binaları, kinoteatrlar, pərakəndə satış şəbəkələri və restoranların da olduğu ümumilikdə Rusiya iqtisadiyyatının müxtəlif sahələrində 200-dən çox şirkətə rəhbərlik edir.
Rusiyadan başqa Samvel Kaerapetyanın Ermənistan və Gürcüstanda da böyük biznes layihələri var. Hazırda Gürcüstanın enerji bazarında böyük paya sahib olan "Kaskad Gürcüstan" şirkətinin səhimlərinin 95%-i Rusiyanın "Kaskad Enerqo Bit" şirkətinə məxsusdur. "Kaskad Enerqo Bit" şirkəti isə Samvel Karapetyanın sahibi olduğu "Taşir" şirkətinə bağlıdır.
Qeyd edək ki, ABŞ-ın sanksiya tətbiq etdiyi Rusiyalı iş adamları arasında Samvel Karapetyanın da adı var.
2020-ci ildə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsdən azad edilməsi üçün girovun bir hissəsini Samvel Karapetyan ödəyib.
4 avqust 2020-ci ildə Beyrut limanında baş verən partlayışdan sonra Samvel Karapetyan Beyrut ermənilərinə dəstək verəcəyini elan edib və zədələnən Müqəddəs Gevorg Kilsəsinin bərpasına 200 min dollar ayırıb.
“FSB” ilə bağlılığı şübhə doğurmayan və əslində Rusiyanın yox, Putinin milyarderi Samvel Karapetyan 2020-ci ilin 44 günlük savaşınadək keçən 15-20 il ərzində işğal altındakı Azərbaycan torpaqlarındakı separatçı-terrorçu rejimin dayaqlarını möhkəmlətmək üçün böyük “xeyriyyə” işləri görüb.
Məsələn, S.Karapetyan Xankəndi hava limanının qanunsuz tikintisinə 10 milyon dollardan artıq vəsait köçürüb.
O, 2015-ci ildən başlatdığı proqrama uyğun olaraq 2020-ci ilədək işğal altındakı Azərbaycan torpaqlarında 4 övladı doğulan hər erməni ailəsinə mükafat olaraq 4 min dollar ödəyib.
Son illərdə “Taşir” şirkətlər qrupu Xankəndindəki Xankəndi şəhərində keçmiş “Oktyabr” kinoteatrının yerində yeni böyük istirahət-əyləncə mərkəzi tikintisini maliyyəşdirirdi. Və s. və i.a.
2022-ci iilin oktyabrında S.Karapetyan həmin vaxt Qarabağda qanunsuz fəal ictimai-siyasi, sosial fəaliyyətlə məşğul olan milyarder Ruben Vardanyanı separatçı-terrorçu rejimin "dövlət naziri" vəzifəsinə keçməsi münasibətilə təbrik edib və ona dəstəyini ifadə edib.
2020-ci ilin İkinci Qarabağ savaşı zamanı Samvel Karapetyanla məhz dostu Ruben Vardanyanla birlikdə Rusiya prezidenti Vladimir Putinə müharibədə Ermənistana kömək etməsi xahişi ilə müraciət ünvanlamışdılar.
2021-ci il iyunun 18-də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Yuxarı Qarabağda döyüş əməliyyatlarında silah, döyüş sursatı və hərbi texnikanın qaçaqmalçılığının təşkili ittihamı ilə “Taşir” şirkətinin rəhbəri Samvel Karapetyandan əlavə, “Komeks” şirkətinin baş direktoru və eyni zamanda Rusiya Ermənilənr İttifaqının rəhbəri Ara Abramyan “və “”Royal encineringin” rəhbəri Davit Qalustyan barəsində beynəlxalq axtarış elan edilib.
Samvel Karapetyan Azərbaycan Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 218.1 (ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 206.4-cü (qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilir.
Faktla bağlı 28 aprel 2021-ci il tarixdə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
P.S....
GUNDEMXEBER.AZ
22-06-2020, 12:45
26-09-2023, 12:05
19-08-2013, 12:48
10-05-2017, 22:48
6-06-2016, 17:55
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?