Fələstin hərəkatının və 2007-ci ilin iyul ayından Qəzza zolağında hökmranlıq edən HƏMAS təşkilatının silahlıları Beeri kibutsunda (İsraildə sosial prinsiplər əsasında qurulmuş kənd təsərrüfatı icması - red.) yəhudi körpələrin başlarını kəsiblər.
GundemXeber.Az xarici mediaya istinadla bildirir ki, bu yer Qəzza zolağı ilə sərhəddə yerləşir.
Baş verən bu faciəni İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Conatan Konrikus təsdiqləyib.
“Hərbçilər əminliklə deyə bilərlər ki, şənbə günü Beeri kibutsuna hücum edən HƏMAS yaraqlıları körpələrin başını kəsiblər”, - deyə Conatan Konrikus bildirib.
Qeyd edək ki, HƏMAS silahlılarının oxşar hərəkətləri barədə daha əvvəl İsrail hökumətinin nümayəndələri və bu dövlətin hərbi qulluqçuları da danışmışdılar. Lakin İsrail Müdafiə Qüvvələrinin nümayəndələri bəzi KİV-də yayılan bu açıqlamaları təkzib etmişdilər. Baş verən faciənin təfərrüatı, eləcə də bu qəbildən faktlar barədə rəsmi şəxslərdən hər hansı təsdiq gəlməmişdi.
Bununla belə, dünya mediasında da İsrail əsgərlərinin ölkənin cənubunda qadın və uşaqların öldürüldüyü qətliam barədə verdikləri məlumatlar dərc edilmişdi. Həmin məlumatlarda Kfar-Az kibutsunda körpələr də daxil olmaqla 200-dən çox başı kəsilmiş cəsədin aşkar edildiyi iddia olunurdu.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?