Gundemxeber.az » Dünya » Polşada parlament seçkiləri keçirilir
Bu gün Polşada parlament seçkiləri keçirilir...
Parlamentin aşağı palatasına – Seymə 460 deputat, parlamentin yuxarı palatasına isə 100 senator seçilməlidir.
Ölkədə 30 milyon seçici 31 497 seçki məntəqəsində səs verə bilər. Xarici ölkələrdə isə 417 seçki məntəqəsi açılıb.
Seymdə 460 yer uğrunda 655 namizəd, 100 senator postu uğrunda 360 namizəd mübarizə aparır. Seymə seçkilər proporsional əsasda keçirilir. Senatorlar isə majoritar qaydada seçiləcək.
Sosioloji sorğulara əsasən, Baş nazirin müavini Yaroslav Kaçinskinin rəhbərlik etdiyi hakim mühafizəkar Hüquq və Ədalət Partiyası 34 faiz səslə sabiq baş nazir Donald Tuskun rəhbərlik etdiyi müxalif liberal mühafizəkar Vətəndaş Platforması Partiyasını cüzi səslə qabaqlayır.
Vətəndaş Platforması Partiyasının 32 faiz səs toplayacağı proqnozlaşdırılır. Bu iki partiyadan hər hansı seçkidə qalib gələrsə, hökumət formalaşdırmaq üçün koalisiyaya tərəfdaş axtarmalı olacaq. Hüquq və Ədalət Partiyasının koalisiyada tərəfdaşının radikal sağ Konfederasiya Partiyası olacağı gözlənilir. Bu partiya Ukraynaya yardımın dayandırılmasını tələb edir. Digər tərəfdən, hazırda Hüquq və Ədalət Partiyası uzun illərdir ki, məhkəmə sistemində islahatlar səbəbindən Brüssel ilə qarşıdurmadadır. Bundan əlavə, hakim partiyanın seçki kampaniyası anti-Almaniya çalarları ilə də diqqət çəkir.
ABŞ və Avropa İttifaqı ilə yaxınlaşmanın tərəfdarı olan Donald Tuskun partiyası isə ölkənin ödəniş vasitəsi kimi avroya keçəcəyini, 12 həftəliyə qədər abortları və eynicinslilərin evliliyini leqallaşdıracağını vəd edir.
Ekspertlərə görə, həm Donald Tusk, həm də Yaroslav Kaçinski üçün parlament seçkilərində məğlubiyyət siyasi karyeralarının başa çatması anlamına gələcək.
GUNDEMXEBER.AZ
24-09-2017, 12:54
23-12-2014, 12:47
20-12-2015, 12:53
30-11-2014, 21:23
1-11-2015, 20:24
Sorğu
Yeni dizaynımız necədir?