Gundemxeber.az » Dünya » İsrail ordusu gecə ərzində Qəzza zolağında zərbə endirdiyi hərbi obyektlərin sayını açıqladı
İsrail ordusu bir gecə ərzində Qəzza zolağında 200-dən çox hərbi obyektə zərbə endirib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə məlumat ordunun Mətbuat Xidmətinin “Telegram” kanalındakı paylaşımında yer alır.
“İsrail Müdafiə Qüvvələri gecə ərzində bütün Qəzza zolağı ərazisində HƏMAS və “İslam cihadı” təşkilatlarının 200-dən çox hərbi terrorçu hədəfinə hücum həyata keçirib. İsrail Müdafiə Qüvvələrinin qırıcıları HƏMAS terror təşkilatının qərargahına zərbə endirib və HƏMAS-ın hərbi agentini öldürüblər”, - deyə məlumatda qeyd edilib.
Zərbələr, həmçinin, silah-sursat anbarlarını və terror fəaliyyətini maliyyələşdirmək üçün istifadə edilən bankı hədəf alıb.
Gundemxeber.az
6-05-2016, 02:25
18-06-2018, 10:31
5-05-2016, 00:16
27-06-2017, 17:45
30-03-2018, 21:07
Sorğu
Yeni dizaynımız necədir?