Gundemxeber.az » Dünya » İranda uşaq bağçalarında və ibtidai məktəblərdə xarici dillərin tədrisi qadağan edilib
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, İran hakimiyyəti uşaq bağçalarında və ibtidai məktəblərdə ingilis və ərəb dilləri də daxil olmaqla, ümumilikdə xarici dillərin tədrisini qadağan edib.
“Uşaq bağçalarında və ibtidai məktəblərdə xarici dillərin tədrisi qadağandır. Çünki bu yaşda uşağın iranlı kimliyi formalaşır. Xarici dillərin tədrisinə qoyulan qadağa təkcə ingilis dilinə deyil, digər dillərə, o cümlədən ərəb dilinə də şamil edilir”, - Təhsil Nazirliyinin sözçüsü Məsud Tehrani-Fərcad bildirib
Qeyd edək ki, hələ 2018-ci ildə İran ibtidai məktəblərdə ingilis dilinin tədrisini qadağan edib. Lakin orta məktəb şagirdləri bu dili öyrənməyə davam edirdilər.
GUNDEMXEBER.AZ
30-07-2018, 12:36
22-10-2014, 22:14
4-01-2019, 10:56
4-11-2015, 19:42
14-12-2013, 23:33
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?