Gundemxeber.az » Dünya » Qəzza zolağında xəstəxanaya edilən hücum nəticəsində həyatını itirənlərin sayı artıb
Qəzza zolağında xəstəxanaya hücum nəticəsində ölənlərin sayı 800-ə çatıb.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, hələlik xəstəxananın döyüşən tərəflərdən hansının vurduğu müəyyən edilməyib.
İsraili dəstəkləyən bir sıra “Telegram” kanalları raketin Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən atıldığını və səhv olaraq xəstəxanaya düşərək partladığını ehtimal edir.
İsrail Müdafiə Nazirliyi bəyan edib ki, Qəzza xəstəxanasında baş verən güclü partlayış Fələstin anklavından uğursuz raket buraxılışının nəticəsidir və buna görə “İslami Cihad” qruplaşması məsuliyyət daşıyır.
Fələstin prezidenti Mahmud Abbas Qəzzadakı xəstəxanaya hücumla əlaqədar üçgünlük matəm elan edib.
GUNDEMXEBER.AZ
30-03-2018, 21:07
27-06-2017, 17:45
6-05-2016, 02:25
18-05-2021, 22:22
15-05-2021, 14:16
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?