“Mübarizədə bizə dəstək olan hər kəsə təşəkkür edirəm”.
Bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda çıxışında Korsikanın Poggio-di-Venaco şəhərinin meri Jan Mark Rodriges deyib.
“Kolonializmin ləğvi vacibdir. Torpaqların alınması da, satılması da nifrətə layiqdir. İşğaldan sonra Fransa Korsikaya qadağalar qoydu. Biz öz ənənələrimizi davam etdirə bilmədik. Çünki buna imkan vermədilər”.
O bildirib ki, Fransa hər dəfə Korsikaya hansısa status verməklə, sadəcə, baş qatır:
“Fransa hər zaman bizə tələblərimizi nəzərə alacağı barədə vəd verirdi. Amma buna əməl etmirdi”, - deyə o əlavə edib.
Sorğu
Yeni dizaynımız necədir?