GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İlk etnik təmizləmə: Balkan ölkələrində, yoxsa Ermənistanda?

İlk etnik təmizləmə: Balkan ölkələrində, yoxsa Ermənistanda?

Tarix: 20-10-2023, 15:31 Bölmə :Dünya Baxış: 295

Konfliktoloq Rüstəm Qaraxanlı yazır...

Azərbaycanla diplomatik mübarizəni “etnik təmizləmə” platformasına daşımaq Ermənistanın xarici siyasətinin başlıca elementinə çevrilib. “Blokada”, “yeni genosid”, “humanitar böhran” iddiaları üzərində qurulmuş kampaniyası nəticəsiz qalan İrəvan ermənilərin Qarabağdan könüllü köçünü Avropanın parlamentar institutlarında və bir sıra ölkələrin qanunverici orqanlarındakı lobbisi vasitəsilə “etnik təmizləmə” prizmasından təqdim edir. Bununla paralel, iddialar BMT-nin Beynəlxalq Məhkəməsində də qaldırılır. Artıq Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında bu məzmunlu qətnamələr də qəbul edilib. Birincidə Azərbaycanı sanksiyalarla, ikincidə isə 2024-cü ilin ilk sessiyasında üzvlükdən uzaqlaşdırmaqla təhdid etdilər.

Klassik tərifə müraciət etsək, etnik təmizləmə müəyyən ərazidən bu və ya digər etnik qrupa mənsubiyyətə görə əhalinin qovulmasına yönəlmiş məqsədyönlü siyasətdir. Son üç ildə Bakının yerli erməniləri Azərbaycanın hüquqi məkanına reinteqrasiya cəhdləri “etnik təmizləmə”ni nəzərdə tutan planlı və məqsədyönlü siyasətinin olması barədə iddiaları rədd edir. Ermənilərin köçü hərbi əməliyyatlarla müşayiət olunmayıb, antiterror tədbirləri sırf hərbi obyektləri hədəf alıb və heç bir yaşayış məntəqəsinə zərbələr endirilməyib. Qısa müddətlə yekunlaşıb və yalnız 4 gündən sonra əhalinin Ermənistanla sərhədə doğru axınına start verilib. Bu müddət ərzində Azərbaycan Prezidenti yerli ermənilərə ünvanlanmış xüsusi müraciətində din, təhsil, iqtisadi fəaliyyət, bələdiyyə idarəçiliyi təminatları ilə çıxış edib. Köç prosesinin özü beynəlxalq və yerli medianın müşahidəsi ilə baş verib. Bütün bunlar zorakı və məqsədyönlü deportasiya iddialarını alt-üst edir.

Bununla yanaşı, beynəlxalq nəzəriyyədə emiqrasiya və deportasiyaya məcburetmə tədbirləri də etnik təmizləmə kimi qəbul edilir. Çox güman ki, İrəvanda məhz bu məqama ümid edilər. Erməni təbliğatı hələ 19-20 sentyabr antiterror tədbirləri ərəfəsində Azərbaycanı Qarabağda “etnik təmizləmə” həyata keçirməyə hazırlaşmaqda suçlayırdı. Ancaq erməni əhalisinin nümayəndələrinin Prezident Administrasiyası vasitəsilə bir neçə dəfə görüşə dəvət edilməsi, üstəlik, gələcək reinteqrasiya addımlarının beynəlxalq müstəvidə - Avropa Şurası prezidentinin moderatorluğu ilə Azərbaycan və Ermənistan liderlərinin müzakirə obyekti olması bu arqumenti də neytrallaşdırır.

“Etnik təmizləmə” termini dövriyyəyə “genosid”ə nisbətən daha gec daxil olub. Hesab edilir ki, bu ifadənin siyasi leksikonda işlədilməsi ötən əsrin 90-cı illərinin əvvəllərində baş vermiş Balkan müharibəsi ilə əlaqədardır. Əsas kimi serb-xorvat dillərindən əxz olunmuş “etničko čišćenje/етничко чишћење” götürülür. Ötən əsrin sonlarında keçmiş Yuqoslaviyada alovlanmış vətəndaş müharibəsi illərində bu termin xüsusilə populyar idi və adətən bu və ya digər münaqişə tərəfinin müəyyən ərazini ələ keçirməsi fonunda “ərazinin təmizlənməsi” (čišćenje terena/чишћење терена) ilə paralel istifadə edilirdi. Beynəlxalq medianın və problemlə məşğul olan ekspert cəmiyyətinin da sözügedən ifadəni tədavülə daxil etmələri onun beynəlxalq status almasına doğru yol açdı.

Burada diqqət yetirilməsi vacib olan məqam var. Müasir tarix və politologiya elmləri tarixdə baş vermiş yüzlərlə hadisəni etnik təmizləmə kimi klassifikasiya edir. Məsələn, bəziləri bu qənaətdədir ki, ilk etnik təmizləmə faktı yəhudilərin eramızın 70-ci illərində yaşadıqları yerlərdən qovulmasıdır. “Wikipediya”da etnik təmizləmə bir neçə mərhələdə qruplaşdırılır: qədim tarixdə, müstəmləkəçiliklə bağlı və müasir dövrdə etnik təmizləmə. Müasir dövrü çıxmaq şərtilə digər iki halda müharibələr nəticəsində baş verən xalqların köçü və ya yerdəyişməsinə bu rakursdan baxmaq ən azı ona görə qüsurludur ki, o vaxt insan haqları, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq haqqında düşüncələr aktual deyildi. Atilla hunların həmlələri ilə baş vermiş “xalqların köçü” nəticəsində hazırkı Avropanın sərhədlərinin müəyyən olunmasında tarixi rol oynamış sərkərdədir və onun metodları humanizmdən çox uzaq idi. Ancaq indi heç kim onu xalqların “etnik təmizlənməsi”ndə günahlandırmır. 

Bu baxımdan, etnik təmizləmə anlayışının tarixinə varmaq istəyiriksə, mütləq halda müasir dövrü nəzərə almalıyıq. Belə isə olduqca maraqlı mənzərə formalaşır. “Etnik təmizləmə” bir termin olaraq beynəlxalq leksikona 1992-ci ildə, yəni Balkan münaqişəsindən irəli gələrək daxil olubsa, eyni hadisələrin, yəni faktiki olaraq bir xalqın zorla öz yaşayış yerindən kütləvi deportasiya edilməsi faktı bundan 4 il əvvəl Ermənistanda qeydə alınıb. Bu gün Qarabağ müharibəsinin bitməsi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə ötən əsrin 80-ci illərinin sonlarında indiki Ermənistanda baş vermiş və faktiki olaraq monoetnik dövlətin yaranması ilə sonuclanmış prosesi daha soyuq başla analiz etmək üçün şərait yaranıb. Bu, keçmiş sovetlər ərazisində bu qəbildən olan ilk nümunədir. SSRİ-nin süqutu artıq heç kimdə şübhə doğurmadığından dövlət institutlarının fəaliyyətsizliyi fonunda və dəstəyi ilə aqressiv millətçiliklə müşahidə olunan və gələcək müstəqil Ermənistan üçün monomilli plasdarmın yaradılmasına hesablanmış əməliyyat etnik təmizləmə deyil nədir? Problem sadəcə bundadır ki, Ermənistandakı hadisələr dünyaya qapalı dövlətdə baş verirdi, keçmiş Yuqoslaviyadakılar isə Avropanın mərkəzində. NATO-nun “Varşava müqaviləsi”nin ən böyük ölkələrindən birinin parçalanmasından gözləntiləri fonunda orada baş verənlərin beynəlxalq ictimaiyyətin rəyini alması problemin ən asan tərəfi idi.

Müasir Ermənistandan azərbaycanlıların zorla qovulması kütləvi qətllərlə müşayiət olunub və ittifaq daxilində bir xalqın digər xalqı yaşayış ərazisindən sıxışdırıb çıxarmasına dair tutarlı faktdır. Ermənilərin azərbaycanlıları keçmiş Ermənistan SSR-dən qovmaları və Azərbaycan ərazilərinin işğalı ərəfəsində arxa cəbhəni təmizləmələri ittifaqdaxili bir müttəfiq respublikanın ərazisindən iri etnik azlığı arzuolunmaz element kimi sıxışdırıb çıxarması halıdır. Yeri gəlmişkən, Yuqoslaviya da SSRİ prinsipi ilə formalaşmış ittifaq idi və serblərin boşnaklara, yaxud xorvatlara qarşı davranışlarının ermənilərin azərbaycanlılara etdikləri ilə heç bir fərqi yox idi. Belədirsə, nədən Balkan ölkələrində baş verənlər etnik təmizləmə sayılır, Ermənistanda törədilənlər isə kölgədə qalır?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Erməni nazir müavinindən Avropada həyasızlıq

    Erməni nazir müavinindən Avropada həyasızlıq ...

    5-10-2017, 16:41

  • 
  • Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi BMT Baş Assambleyasının komitəsinin iclasında qaldırılıb

    Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi ...

    2-11-2017, 12:37

  • 
  • Azərbaycan və Ermənistan nümayəndələri BMT Baş Assambleyasında debatlarda çıxış edib

    Azərbaycan və Ermənistan nümayəndələri BMT Baş ...

    2-10-2018, 21:41

  • 
  • Rəsmi Bakıdan Ermənistana MESAJ

    Rəsmi Bakıdan Ermənistana MESAJ ...

    10-06-2020, 15:44

  • 
  • “Etnik azlıqların yaşadığı bölgələrdə Rusiya təbliğatı yayılıb” - Gürcü nazir nəyi pərdələyir?

    “Etnik azlıqların yaşadığı bölgələrdə Rusiya ...

    1-05-2019, 22:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu