Fransa Ermənistana hərbi müşavir göndərəcək, həmçinin erməni xüsusi təyinatlılarına təlim keçiləcək.
Gundemxeber.Az-ın məlumatına görə, bu barədə Fransa Respublikasının Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornyu özünün “X” hesabında bildirib.
Nazir, xüsusilə tərəflərin artıq əməkdaşlığa başladıqları, yaxud da başlamaq niyyətində olduqları proqram və sahələri sadalayıb.
O, 2023-cü ilin yanvarında Fransanın Ermənistandakı səfirliyinə hərbi attaşe təyin edildiyini xatırladıb və qarşıdakı çoxsaylı işgüzar görüş, hərbi səfər barədə məlumat verib, həmçinin çavuş və zabit kadrları hazırlayan hərbi təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətlərdən söz açıb.
Lekornyu paylaşımında Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstələrinin hazırlığına, xüsusən də yüksək dağlıq şəraitdə döyüş əməliyyatlarının aparılmasına xüsusi diqqət yetirib. Erməni snayperləri də hazırlıq keçəcəklər.
Fransalı nazir, həmçinin Ermənistana üç “GM200” radarının tədarük edildiyini və “Mistral” zenit raket komplekslərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumunun imzalandığını da açıqlayıb.
Fransa tərəfi Ermənistan Silahlı Qüvvələrinin yerüstü hava hücumundan müdafiə vasitələrinin auditini də aparmaq niyyətindədir
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?