İsrailin Qəzzadakı əməliyyatının başa çatacağı tarix açıqlanıb.
GUNDEMXEBER.AZ"Report"a istinadən xəbər verir ki, bu əməliyyat altı həftədən altı aya qədər davam edə bilər.
Məlumatda deyilir ki, əməliyyat əvvəlki münaqişələrdən fərqli bir məqsəd daşıyır.
"İndi hökumət (İsrail - red) HƏMAS-ı bir təşkilat olaraq məhvini və Qəzzanın bir daha anti-İsrail zorakılığının mənbəyi olmamasını təmin etmək istəyir", - hesabatda bildirilir.
Qeyd edək ki, İsrail və HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir. İsrail 1,4 min, Qəzza zolağında isə 7 mindən çox fələstinlinin həlak olduğu bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?