“Növbəti pandemiya hər an başlaya bilər”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhanom Qebreyesus təşkilatın Cənub-Şərqi Asiya Regional Komitəsinin 77-ci sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, pandemiya və ya növbəti dəfə qlobal sağlamlıqla bağlı fövqəladə vəziyyət başlana bilər:
“2019-cu ildə də belə olmuşdu”.
Baş katibin sözlərinə görə, qlobal sağlamlıq naminə təşkilatlar arasında əməkdaşlığı inkişaf etdirmək üçün ideal vaxtdır:
“Bu, bizə mövcud çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. İndi vaxt itirmək olmaz”.
GUNDEMXEBER.AZ
Sorğu
Yeni dizaynımız necədir?