Norveçin “Equinor” dövlət neft-qaz şirkəti Almaniyanın RWE istehsal şirkəti ilə qaz alqı-satqısına dair müqavilə bağlayıb.
“Equinor”un bununla bağlı yaydığı məlumata görə, şirkət Almaniyadakı tərəfdaşına ildə 10-15 TVt/saat ekvivalentində və ya təxminən 1-1,5 milyard kubmetr qazı satacaq. Müqavilə 2028-ci ilin sonuna qədər qüvvədə olacaq.
Dəyəri açıqlanmayan müqavilə ilə bağlı “Equinor”un baş vitse-prezidenti Helge Hoqan bildirib ki, alman həmkarlarla əməkdaşlıqdan məmnundurlar: "Almaniya və Norveçin enerji əməkdaşlığı ilk müqavilənin bağlanmasından ötən 45 ildən yuxarı tarixə malikdir. Mən məmnunam ki, biz bu tərəfdaşlığı inkişaf etdirməyə davam edirik"
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?