GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Almanların “Naxçıvan” əməliyyatı başladı

Almanların “Naxçıvan” əməliyyatı başladı

Tarix: 7-10-2013, 14:52 Bölmə :Manşet Baxış: 825
Almanların “Naxçıvan” əməliyyatı başladı
Merkelin adamları qaz yatağı uğrunda gərgin danışıqlar aparır; RWE şirkəti ilə ARDNŞ arasında danışıqların nəticələsi Almaniyanın rəsmi Bakıya münasibətinin dəyişməsində həlledici rol oynayacaq

İnsan haqlarının vəziyyətinə görə bu yaxınlaradək Azərbaycan hakimiyyətinin ən sərt tənqidçisi olan Almaniya enerji maraqlarını qarşılayaraq Bakıya münasibətini dəyişdirir.

Virtualaz.org-a məlum olub ki, bu yaxınlarda “Şahdəniz-2” yatağından hasil olunacaq qazın satışına dair Avropa şirkətləri ilə müqavilə bağlananda ən iri alıcının məhz Almaniyanın “E.on” konserinin olması təsadüfi deyildi.

Xəbər verildiyi kimi, konsern 2018-ci ildən başlayaraq 25 il ərzində Azərbaycandan cəmi 40 milyard kubmetr qaz alacaq. Bu müqavilənin imzalanması ərəfəsində və ondan sonra Almaniyanın Bakıya münasibətində kəskin dəyişiklik müşahidə olunmaqdadır. Bakını tez-tez insan haqlarına görə tənqid edən alman siyasətçilərin səsi çıxmır, alman mediası və düşüncə mərkəzləri isə əksinə, Azərbaycanın son 10 ildə əldə etdiyi inkişaf göstəricilərindən yazır.



Doğrudur, Azərbaycan “Şahdəniz” qazının Avropaya nəqli üçün Transadriatik (TAP) qaz kəməri marşrutunu seçəndə bu seçimdən ən çox narazı qalanlardan biri Almaniya idi. Çünki Almaniya “Nabucco” marşrutunda maraqlı idi və hesab edirdi ki, Azərbaycan qazını Avstriya üzərindən almaqla “Qazprom”dan asılılığını azalda bilər.

Gözləmək olardı ki, Almaniyanın Bakıya qarşı tənqidləri daha da artacaq. Lakin Xəzərin enerji resursları uğrunda mürəkkəb geosiyasi oyunda həmişə güclü oynayan rəsmi Bakı bu dəfə də nə dərəcədə mahir olduğunu sübut edə bildi.

Enerji çevrələrindən əldə edilən məlumata görə, Azərbaycan TAP-ı seçsə də Almaniyanın “Şahdəniz” qazının ən iri alıcısına çevrilməsinə nail oldu. Özü də bəzi məlumatlara görə, alman şirkəti 40 milyard kubmetrlik qaz müqaviləsində xeyli sərfəli şərtlər əldə edib.

Lakin virtualaz.org-a məlum olub ki, Almaniya ilə Azərbaycan arasında münasibətlərin tamamilə yaxşılaşdığı haqda danışmaq tezdir. Bu məsələdə dönüş Azərbaycanın Xəzərdəki “Naxçıvan” perspektiv yatağına dair Almaniyanın RWE konserni ilə ARDNŞ arasında aparılan danışıqların nəticəsindən asılı olacaq.

RWE konserni Almaniya kansleri Angela Merkelin adamları tərəfindən idarə olunur və şirkət vaxtilə “Nabucco”da əsas payçılardan biri idi. Lakin “Nabucco”nun perspektivsizliyini görüb bu layihədən çəkildi.

“Naxçıvan” yatağına dair RWE konserni ilə ARDNŞ arasında ilkin razılaşma hələ 2010-cu ilin mayında imzalanıb. Tərəflər arasında imzalanmış memoranduma görə alman şirkətinə bir il ərzində “Naxçıvan” dəniz strukturunda iş aparmaq şəraiti yaradılacaq.

Alman şirkətindən əvvəl “Naxçıvan” yatağını ABŞ-ın “ExxonMobil” şirkəti almışdı. 1997-ci ildə bağlanmış müqavilə çərçivəsində Amerika şirkəti yataqda xeyli vəsait xərclədi. Amma 2001-2002-ci illərdə 150 milyon dollara başa gələn ilk kəşfiyyat quyusunu qazan “ExxonMobil” layihədən imtina edib. Səbəb yatağın karbohidrogen ehtiyatlarının kommersiya baxımından az cəlbedici olması və kifayət qədər ehtiyatın olmaması ilə əlaqələndirilib.



Lakin vaxtilə Amerika şirkəti ehtiyatların kommersiya baxımından sərfəli olmadlığını əsas gətirib layihədən uzaqlaşsa da alman şirkəti yenidən həmin yataqlara maraq göstərməyə başlayıb və uzun danışıqlardan sonra Dövlət Neft Şirkəti buna razı olub. Lakin memorandumun imzalanmasından sonra RWE “Naxçıvan” yatağında heç bir iş aparmayıb. Səbəb risklərin böyük olması və ARDNŞ-in üzərinə heç bir risk götürməməsidir.

Başqa sözlə, alman şirkəti də “ExxonMobil” kimi yüz milyonlarla dollar xərcləyib yatağı əliboş tərk etməkdən ehtiyat edir. ARDNŞ-lə danışıqlar bu ətrafda gedir ki, Azərbaycan tərəfi riskləri azaltmağa imkan verən şərtlər təmin etsin. Virtualaz.org-a o da məlum olub ki, hazırda “Naxçıvan” yatağı ilə bağlı gərgin danışıqlar gedir və əgər tərəflər razılıq əldə edib yatağın işlənməsinə dair hasilatın pay bölgüsü müqaviləsi imzalasalar, o zaman Berlinlə Bakı arasındakı münasibətlərdə dönüş yaranacağından danışmaq olar.

Bu məlumatlar göstərir ki, Almaniya və digər Avropa ölkələrinin Azərbaycanda insan haqları məsələsini qabartmasının arxasında ancaq enerji maraqları dayanır. Paylarını alandan sonra isə tənqidçidən dəstəkçiyə çevrilirlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev “Şahdəniz” qazını Putinlə bölür

    İlham Əliyev “Şahdəniz” qazını Putinlə bölür ...

    7-08-2013, 17:49

  • 
  • “Şpigel”in keçmiş baş redaktoru ARDNŞ-ə satılmaqda ittiham olunur

    “Şpigel”in keçmiş baş redaktoru ARDNŞ-ə ...

    24-10-2013, 13:07

  • 
  • Türkiyə ilə Azərbaycan arasında 15 milyard dollarlıq mübahisə

    Türkiyə ilə Azərbaycan arasında 15 milyard ...

    14-12-2013, 23:17

  • 
  • 45 milyard dollara cəmi 10 milyard kubmetr qaz?!

    45 milyard dollara cəmi 10 milyard kubmetr qaz?! ...

    3-01-2014, 00:21

  • 
  • Bakı-Novorossiysk kəməri bağlanır

    Bakı-Novorossiysk kəməri bağlanır ...

    10-01-2014, 12:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu