““Wall Street” İsrail və HƏMAS arasındakı münaqişənin fonunda böyük gəlir əldə edəcəyini gözləyir”.
GUNDEMXEBER.AZ bildirir ki, bunu “Guardian”ın köşə yazarı İlay Klifton deyib.
Jurnalistin sözlərinə görə, BMT İsrail və Qəzza zolağında zorakılıq partlayışı fonunda müharibə cinayətləri ilə bağlı xəbərdarlıq edib. Bu arada, “Wall Street” “gəlir partlayışına” ümid edir.
ABŞ-nin maliyyə konqlomeratları olan “Morgan Stanley” və “TD Bank”, İsrail və HƏMAS arasında münaqişənin başlamasından bəri səhmlərin qiymətləri 7% artdıqdan sonra aerokosmik və silah sektorunda uğur qazanacağına ümid edir.
Analitiklər münaqişənin eskalasiyasından və İsrailə 106 milyard dollarlıq hərbi yardımın ayrılmasından əldə edilə biləcək potensial gəlirə diqqət çəkiblər.
“HƏMAS əlavə tələbat yaratdı”, - deyə Klifton “TD Cowen”in idarəedici direktoru və aerokosmik sahəsində ixtisaslaşan baş tədqiqat analitiki Kay fon Rumoranın sözlərindən sitat gətirib.
Məqalənin müəllifi İlay Klifton qeyd edib ki, Amerikanın iri korporasiyalarının ekspertlərinin şərhləri onların insan hüquqları ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil edir. O, yüzlərlə insanın ölümü fonunda maliyyə faydaları ilə bağlı etinasız müzakirələri qəddarlıq adlandırıb.
GUNDEMXEBER.AZ
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?