Gundemxeber.az » Dünya » ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə 14 milyard dollarlıq yardıma dair qanun layihəsini elan edib
ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə 14,3 milyard ABŞ dolları yardım nəzərdə tutan qanun layihəsini hazırlayıb və dərc edib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, sənəddə İsrailin “Dəmir günbəz” və “Davud sapanı” müdafiə sistemləri üçün 4 milyard ABŞ dolları, “Dəmir şüa” müdafiə sisteminin inkişafı üçün daha 1,2 milyard ABŞ dolları ayrılması nəzərdə tutulur.
Qeyd olunur ki, bu təşəbbüsün həyata keçirilməsi inflyasiyanın azaldılması haqqında qanun çərçivəsində maliyyələşmənin azalmasını nəzərdə tutur, demək demokratların keçən il qəbul etdiyi genişmiqyaslı vergi, səhiyyə və iqlim haqqında qanun layihəsinə daxil olan vəsaitlərə təsir edəcək.
Xatırladaq ki, keçən həftə Nümayəndələr Palatası böyük səs çoxluğu ilə İsraili dəstəkləyən və Fələstinin radikal HƏMAS hərəkatını qınayan qətnaməni təsdiqləyib və bu, Mayk Consonun spiker seçilməsindən sonra qəbul edilən ilk qanun layihəsi olub.
Gundemxeber.az
28-07-2017, 13:29
10-12-2020, 16:03
26-10-2023, 15:18
12-05-2013, 14:44
10-07-2016, 14:51
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?