İsveç və ABŞ Birləşmiş Ştatlara İsveçdəki hərbi bazalara çıxış imkanı verən hərbi əməkdaşlıq sazişi (DCA, Defence Cooperation Agreement) üzrə danışıqları başa çatdırıblar.
“ABŞ ilə planlaşdırılan sonuncu danışıqlar sessiyası keçən həftə baş tutub. Danışıqlar çox yaxşı keçib və müzakirəyə açıq heç bir məsələ qalmayıb. Bu mənada demək olar ki, razılaşma tamamlanıb”, - danışıqlarda İsveç nümayəndə heyətinə rəhbərlik edən Samuel Rudvall deyib.
Qeyd edək ki, İsveç və ABŞ arasında bu dialoq yanvar ayından bəri aparılırdı.
Qəzet yazır ki, ABŞ qoşunlarının İsveçdəki hərəkətlərini asanlaşdıracaq qanunların 2024-cü ilin sonunda qüvvəyə minməsi gözlənilir. Müqaviləyə əsasən, ABŞ-ın döyüş maşınları, sursat və silah sistemləri kimi hərbi texnikanın saxlanması üçün obyektləri olacaq. 2024-cü ilin əvvəlində İsveç və ABŞ hökumətləri tərəfindən DCA imzalandıqdan sonra amerikalılar İsveçin bəzi hərbi bazalarına giriş əldə edəcəklər.
Sazişin qüvvəyə minməsi üçün İsveç parlamenti onu təsdiq etməli və Amerika qoşunlarının İsveçdə fəaliyyət göstərməsinə icazə vermək üçün lazım olan qanunvericilik dəyişiklikləri barədə qərar verməlidir. Çünki ABŞ hərbi personalı İsveç torpaqlarında olarkən ABŞ qanunlarına tabe olacaq./report.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?