Gundemxeber.az » Dünya » KİV: “İsrail HƏMAS liderlərinin Qəzzadan çıxmasına icazə verə bilər”
İsrail girovların azad edilməsi müqabilində Fələstinin HƏMAS radikal qruplaşmasının liderlərinə Qəzza sektorunu tərk etməyə icazə verə bilər.
Bu barədə “Yedioth Ahronoth” (YA) qəzeti öz mənbələrinə istinadla xəbər verib.
“HƏMAS-ın hərbi qanadının üzvlərinin, o cümlədən liderlərinin İsrailin razılığı ilə Qəzza zolağından bütün girovların azad edilməsi müqabilində canlarını xilas etməsi ehtimalı nəzərdən keçirilir”, - deyə İsrail nəşri yazır.
Bildirilir ki, HƏMAS-ın canlı qüvvəsi və infrastrukturunun məhvi illərlə uzana və böyük itkilərlə nəticələnə bilər, bu da İsraili hazırkı hərbi kampaniya üçün alternativ variantları nəzərdən keçirməyə məcbur edir.
GUNDEMXEBER.AZ
27-06-2017, 17:45
6-05-2016, 02:25
24-02-2017, 11:33
30-03-2018, 21:07
27-10-2023, 21:39
Sorğu
Yeni dizaynımız necədir?