Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfəri zamanı XİN-də mətbuat konfransında yalan açıqlama ilə çıxış edib.
Xanım nazir Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşdüyü təqdirdə, Azərbaycana səfəri zamanı azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə Real Televiziyasının müxbirinin sualına yanlış və yalan dolu cavab verməklə kifayətləndi.
Alman nazir əvvəlcə suala cavab verərkən özünün Qarabağdan Ermənistana getmiş ermənilərlə görüşünü uzun-uzadı təsvir etdi, daha sonra Azərbaycanın xarici işlər nazirinin sualın mahiyyətini xatırlatmasından sonra, bildirdi ki, o bu gün Bakıda Ermənistandan köçmüş şəxslərlə görüş keçirib
Etibarlı mənbələrdən əldə olunmuş məlumata əsasən, əslində Almaniyanın xarici işlər naziri Bakının mənzərə restoranında vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşünə istinad edirmiş.
Əldə etdiyimiz məlumata əsasən, Almaniya nazirinə qaçqın və məcburi köçkünlərlə görüş üçün təklifi verilsə də, onun bu görüşdən imtina etdiyi məlumdur.
Almaniya naziri anlamalıdır ki, Azərbaycan qaçqınlarının və məcburi köçkünlərinin 30 ildən artıq davam etmiş əzab-əziyyətini anlamaq üçün onlarla görüş vacib idi və bu kimi yalan açıqlamalar Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinə müsbət təsir etmir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?