Gundemxeber.az » Dünya » İran doğrudanmı Azərbaycanla münasibətlərini normallaşdırmaq istəyir?
Bu ilin əvvəllərində gərginliyin pik həddini yaşayan Azərbaycan-İran münasibətlərini normal məcraya qaytarmaq üçün son bir neçə ay ərzində, konkret desək, aprel ayından bəri bir sıra cəhdlər edilib və müəyyən addımlar atılıb.
Bu barədə “Azad İran” “YouTube” kanalının süjetində deyilir.
Qeyd olunur ki, aparılan danışıqlar, qarşılıqlı səfərlər, nəqliyyat-kommunikasiya sahəsində bəzi razılaşmalar nəticəsində ikitərəfli əlaqələr əvvəlki dövrlə müqayisədə nisbətən adi axarına düşə bilib.
Amma bu gedişatda yüksəkvəzifəli İran rəsmilərinin bir sıra açıqlama və bəyanatları, həmçinin İran hakimiyyətinə bağlı medianın şərh və təhlilləri Tehranın Bakı ilə münasibətləri normallaşdırmaq istəyinin səmimiliyini sual altına alır.
Uzağa getməyək, elə ikitərəfli əlaqələrin gərginləşməsində əsas amillərdən birinə çevrilmiş, İran tərəfdən bir çox sərt bəyanatların və təhdid dolu açıqlamaların səslənməsinə səbəb olmuş Zəngəzur dəhlizi mövzusunu götürək. Oktyabrın 23-də “3+3” formatının xarici işlər nazirləri səviyyəsində Tehranda keçirilən birinci görüşünün nəticələrinə dair mətbuat konfransında İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian deyib:
“Bugünkü görüşdə regionda geosiyasi dəyişikliyin yolverilməzliyi məsələsi üzərində təkid olundu. Mən Bakıda Prezident İlham Əliyevlə görüşərkən, o bildirmişdi ki, biz sərhədləri dəyişmək fikrində deyilik və Cənubi Qafqazın geosiyasətində dəyişiklik etmək niyyətimiz yoxdur. Bu kontekstdə Zəngəzur dəhlizi xüsusunda indi iki ölkə arasında İran üzərindən Naxçıvana koridorun yaradılması qərara alınıb və layihə hazırlanıb”.
İran xarici işlər nazirinin sözlərindən onun təşəbbüsü ilə “Araz koridoru” adlandırılan bu layihənin Zəngəzur dəhlizinin alternativi olduğu anlaşılır.
Ətraflı süjetdə:
Gundemxeber.az
12-04-2021, 21:27
16-12-2015, 17:28
5-08-2019, 14:01
29-03-2018, 11:15
6-03-2017, 01:17
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?