Gundemxeber.az » Dünya » Rusiya 77 ildən sonra ilk dəfə Beynəlxalq Ədalət Məhkəməsindən kənarda qaldı
2015-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsində təmsil olunan rusiyalı Kirill Qevorqyan növbəti dəfə baş tutan səsvermədə bu orqanda tutduğu vəzifədən kənarda qalıb.
GundemXeber.Az xarici mediaya istinadla bildirir ki, BMT-nin Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının üzvləri Beynəlxalq Ədalət Məhkəməsinin beş hakimini seçiblər.
Səsvermə nəticəsində Rusiya təmsilçisi Kirill Qevorqyan Beynəlxalq Ədalət Məhkəməsində təmsil olunmaq hüququnu qazana bilməyib.
Səsvermə zamanı o, Baş Assambleyanın 117 üzvü tərəfindən dəstəklənən Rumıniya nümayəndəsi Boqdan-Luçian Aureskuya uduzub
Qeyd edək ki, 1946-cı ildən bəri ilk dəfədir ki, Rusiya nümayəndəsi Beynəlxalq Ədalət Məhkəməsinin hakimlərinin tərkibinə daxil edilməyib.
Ümumilikdə isə Beynəlxalq Ədalət Məhkəməsinə beş hakim seçilib. Onlar ABŞ, Meksika, Cənubi Afrika, Avstraliya və Rumıniyadan olan ədalət təmsilçiləridir.
GundemXeber.Az
19-11-2013, 04:43
16-07-2018, 20:50
22-12-2017, 11:30
4-12-2013, 12:20
18-11-2017, 12:00
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?