BMT Baş Assambleyasında Qüdslə bağlı səsvermə başa çatıb.
ABŞ-ın qərarına qarşı Birləşmiş Millətlərə təqdim edilən Qüds qətnaməsi qəbul edilib.
Səsvermədə qətnamənin lehinə 128, əleyhinə 9 və bitərəf 35 səs qeydə alınıb. Ümumiyyətlə səsverməyə 172 dövlət qatılıb.
Xarici medianın verdiyi xəbərə görə, ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya-Bu Qüds qətnaməsinin əleyhinə səs verən dövlətlər olub.
Bitərəf qalan ölkələr isə Çexiya, Kanada, Argentina, Fici, Cənubi Sudan, Rumıniya, Polşa, Uqanda, Panama, Filippin, Meksika, Macarıstan, Bosniya və Herseqovina, Haiti, Yamayka, Kiribati, Kamerun, Kolumbiya, Dominikan Respublikası, Ekvador Ginesi, Benin, Vanuatu, Trinidad , Tobaqo, Malavi, Tualu, Solomon Adaları, Ruvanda, Paraqvay, Kiribati, Lesoto, Litva, Butan, Benin, Avstraliya və Antigua və Barbuda olub. *******
Türkiyənin BMT-ni gündəliyinə daşıdığı Qüds məsələsi ABŞ-ın təhdidlərinə rəğmən müzakirə edilir.
Səsvermədə hər ölkənin səsi önəmlidir.
Səsvermədən çıxacaq nəticə Vaşinqtonun Qüdsü İsrialin paytaxtı olaraq tanımaq haqqında qərarını heçə endirir.
Xatırladaq ki, ABŞ-ın BMT-dəki nümayəndəsi Nikkki Heyli səsvermədə İsrail əleyhinə səsverən dövlətlərə maliyyə yardımını kəsə biləcəyi ilə hədələyib.
Türkiyəin “milliyet” qəzetinn verdiyi xəbərə görə, İsrail nümayəndəsi Denni Danon müzakirələrin nəticəsindən asılı olmayarq Qüdsün İsrailin paytaxtı olaraq qalacağını söyləyib. O, bugünkü təklifi dəstəkləyənləri fələstinlilərin marionetləri adlandırıraraq onları təhqir edib.
Türkiyə təmsilçisi, xarici işlər naziri Mövlud Çavuşoğlu isə ABŞ-ın bəyanatını “reket” hərəkətinə bənzədib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?