Ağ Evdən bildiriblər ki, İsrail cümə axşamından başlayaraq hər gün Qəzzada hərbi əməliyyatlara dörd saatlıq fasilə verəcək.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbinin açıqlaması İsrail qüvvələrinin Qəzza şəhərində HƏMAS militantlarına qarşı savaşdığı və çox sayda fələstinlilərin ərazini tərk etdiyi vaxta təsadüf edir.
Yerdə cərəyan edən döyüşlərdən əlavə İsrail qüvvələri əraziyə havadan zərbələr endirməkdə davam edir.
Döyüşlər nəticəsində çox sayda adamlar evlərindən köçkün düşüb. BMT Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi bildirib ki, çərşənbə günü 50,000 adam Qəzza zolağının cənubuna üz tutub.
Həmin rəqəm bu həftə üçün ən yüksək göstərici sayılır. Bazar günündən bəri BMT 72,000 adamın təxliyə olunduğunu təxmin edir.
İsrail bazar günü əsas şimal-cənub yolunda evakuasiya dəhlizi açıldığını elan edib. Bu dəhliz gün ərzində mülki vətəndaşların təxliyə edilməsi üçün dörd saat açıq qalır.
Çərşənbə günü İsrail Özünümüdafiə Qüvvələri çox sayda adamın dəhlizdən istifadə etməsini nəzərə alaraq onu əlavə bir saat açıq saxlayıb
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?