ABŞ-də azərbaycanlı tələbələrin təsis etdiyi “Azərbaycan-Amerika Gənclər Assosiasiyası”nın təşkilatçılığı ilə ABŞ-nin Florida ştatının Mayami şəhərində 8 noyabr Zəfər Gününə və 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş avtoyürüşü keçirilib.
“Report” xəbər verir ki, həmvətənlərimiz Azərbaycan bayraqlarına bürünmüş avtomobillərlə şəhərin rəngarəng işıqlı mərkəzi meydan və prospektlərində hərəkət ediblər.
Avtomobil karvanının iştirakçıları şəhərin müxtəlif yerlərində dayanaraq “Yaşasın Azərbaycan!”, “Qarabağ Azərbaycandır!” şüarlarını səsləndiriblər.
Yerli sakinlər həmyerlilərimizin sevincini bölüşüb, onları tarixi qələbə münasibəti ilə təbrik ediblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?