Gundemxeber.az » Dünya » İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın 200 hərbi obyektinə hücum edib
Son 24 saat ərzində İsrail Müdafiə Ordusunun (SAXAL) hərbi hava qüvvələri Qəzza zolağında radikalların 200 hərbi obyektinə zərbələr endirib.
GundemXeber.Az xarici mediaya istinadla bildirir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri terrorçu qruplaşmalar, silah istehsalı sexləri, tank əleyhinə raket qurğuları və operativ komandanlıq mərkəzləri də daxil olmaqla terrorçuların 200 hədəfinə zərbələr endirib. Bundan əlavə, İsrail Hərbi Dəniz Qüvvələri gecə saatlarında, HƏMAS-ın hərbi dəniz qüvvələri tərəfindən təlim və silah saxlamaq üçün istifadə edilən hərbi düşərgəyə hücum edib”, - deyə mətbuat xidməti bildirib.
GundemXeber.Az
6-05-2016, 02:25
5-05-2016, 00:16
18-06-2018, 10:31
27-06-2017, 17:45
14-11-2023, 14:58
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?