“Milli mübarizəmizdə artıq yeni feminizm fikri formalaşıb”.
Bunu Martinika Azadlıq Partiyasının lideri Lyuk Frensis Kerol Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı” mövzusunda tədbirdə deyib.
“Çünki, təəssüf ki, dünyada hələ də çoxlu sayda qadın zorakılığa məruz qalır. Mübarizəçi korsikalılar çalışırlar ki, qadınların hüquqları təmin olunsun. Biz 2015-ci ildə seçkidə qalib gələndən sonra gender bərabərliyini təmin etməyə çalışmışıq. Həmin dövrə qədər Fransa hökuməti qadınların imkanlarından istifadə etməyə imkan vermirdi”, - deyə o əlavə edib./report.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?