"Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanmasının mümkünlüyü barədə bəyanatlarına baxmayaraq, yeni müharibə təhlükəsi hələ də real olaraq qalır". GundemXeber.Az istinadən xəbər verir ki, bu barədə yerli şərqşünas Armen Petrosyan bildirib.
Onun sözlərinə görə, xüsusən də son dövrdə belə təhlükənin artmasını göstərən bir neçə amil var.
“Azərbaycan faktiki olaraq Qərb platformalarında əldə olunan razılaşmaları (?-red.) həyata keçirməkdən yayınıb və hazırda danışıqları boykot edir. Bundan əlavə, Azərbaycan anklavlara olan tələblərindən (haqlı-red.) vaz keçmir. Və nəhayət, Azərbaycan “Qərbi Azərbaycan” ilə bağlı ritorikasını gücləndirib”, - deyə Petrosyan “İcmal” proqramında deyib. Onun fikrincə, dünyada cərəyan edən geosiyasi proseslər və yeni münaqişə ocaqları da Azərbaycanın bütün tələblərinin yerinə yetirilməsinə nail olmağa çalışması üçün münbit zəmin yaradır.
Petrosyan Azərbaycanın vasitəçilə olmadna danışıqlara çağırmasını özünəməxsus şəkildə, daha doğrudu ermənisayağı izah edib. Onun sözlərinə görə, rəsmi Bakı bununla baş verəcək istənilən hadisəyə görə məsuliyyəti birbaşa Ermənistanın üzərinə yıxmaq istəyir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?