Gundemxeber.az » Dünya » Koreya yarımadasında yenidən gərginlik: Dayandırılmış hərbi tədbirlər bərpa olunur
Şimali Koreya Seulla razılaşma əsasında dayandırılmış bütün hərbi tədbirləri bərpa edəcək.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) Koreya Respublikası ilə hərbi gərginliyin azaldılmasına dair 2018-ci ildə əldə olunan razılaşmaya əsasən qoyulan məhdudiyyətlərə əməl etməyi dayandıracaq.
“Bundan sonra ordumuz sentyabrın 19-da imzalanmış Şimal və Cənub arasında hərbi sazişlə məhdudlaşmayacaq. Biz Şimal və Cənub arasında hərbi razılığına əsasən dayandırılmış bütün hərbi tədbirləri dərhal bərpa edəcəyik”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, noyabrın 22-də Koreya Respublikası KXDR-in kəşfiyyat peykinin orbitə buraxılmasına cavab olaraq, razılaşmanı qismən dayandırdığını bəyan etmişdi. Seulun bəyanatında uçuşa qadağan zonalar məsələsinə toxunulub. Şimali Koreyanın Müdafiə Nazirliyi qeyd edib ki, buraxılış ölkənin özünümüdafiə hüququna uyğun olaraq Koreya yarımadası ətrafında düşmənin getdikcə həyəcanlı fəaliyyəti fonunda həyata keçirilib.
Gundemxeber.az
18-08-2014, 10:19
27-04-2017, 12:29
17-12-2014, 10:59
11-06-2018, 10:40
9-04-2017, 23:15
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?