GundemXeber.Az bildirir ki, bzar günü Amerika xalqına administrasiyanın HƏMAS tərəfindən saxlanılan girovları azad etmək səyləri ilə bağlı müraciət edərkən, prezident Co Bayden dörd yaşlı amerikalı qızın mübadilə çərçivəsində azad edildiyini deyib. Prezidentin izah etdiyi kimi, o, İsrail tərəfinə təhvil verilib.
Bayden xatırladıb ki, qruplaşmanın oktyabrın 7-də İsrailə hücumu zamanı Abigail Edanın valideynləri onun gözləri qarşısında öldürülüb. O vaxtdan bəri qız girov saxlanılırdı.
Ağ Evin rəhbəri HƏMAS-ın əsir götürdüyü digər amerikalıların tezliklə azad ediləcəyinə ümid etdiyini bildirib.
"Hər girov öz yaxınlarına qaytarılmayana qədər səylərimizi dayandırmayacağıq", Bayden deyib.
O, həmçinin vurğulayıb ki, onun administrasiyası İsrail və HƏMAS arasında hərbi əməliyyatlardakı fasilənin daha uzun - ən azı sabahdan sonrakı günə qədər davam etməsini təmin etmək üçün səy göstərir.
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bazar günü CBS telekanalına bildirib ki, Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonla danışacaq.
Bazar günü səhər saatlarında HƏMAS Qəzza zolağından Rusiya vətəndaşlığı olan girovu Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə təhvil verdiyini bildirib. Bu addımın İsrail və HƏMAS arasındakı razılaşma ilə bağlı olub-olmadığı bəlli deyil.
4 günlük atəşkəsə əsasən, HƏMAS oktyabrın 7-də girov götürülmüş qadın və uşaqlar da daxil olmaqla, 50 israillini azad edəcək, İsrail isə cavab tədbiri olaraq fələstinli məhbuslar, o cümlədən qadınlar və yeniyetmələr daxil olmaqla, 150 nəfəri azad edəcək.
Ötən həftə Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi Baydenin Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan 50-yə yaxın girovun azad edilməsinə dair razılaşmada "şəxsən iştirak etdiyini" və prezidentin APEC forumunda Qətər əmiri ilə məsələni müzakirə etdiyini deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?