Gundemxeber.az » Dünya » İsrail HƏMAS-ın İran hökumətindən aldığı vəsaiti müsadirə etdi
İsrail HƏMAS-ın İran hökumətindən aldığı 1.5 milyon dollar məbləğində pulun müsadirə edildiyini bildirib.
GUNDEMXEBER.AZ bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, bununla bağlı İsrail Xarici İşlər Nazirliyinin fars dilində paylaşımlar edilən “X” hesabında açıqlama verilib.
Buna dair görüntülərdə İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyat zamanı HƏMAS-dan 1 milyon 500 min dollara yaxın nağd pulun müsadirə edildiyi qeyd edilib.
Həmçinin son 40 ildə Tehran tərəfindən “Hizbullah”, “İslami Cihad” təşkilatı, HƏMAS, “Həşd əl-Şəəbi”, və “Husi” yaraqlılarının gücləndirilməsinə milyonlarla dolların xərcləndiyi vurğulanıb.
GUNDEMXEBER.AZ
27-06-2017, 17:45
6-05-2016, 02:25
24-02-2017, 11:33
10-07-2014, 02:19
27-06-2017, 11:52
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?